VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 24 Ocak 2020 10:51:15

0 Şərh

Dəfə Oxundu.

ABŞ-ın ən zəif yeri

Avrasiyada müharibə baş verərsə, nəqliyyat donanmasının vəziyyətinə görə ABŞ məğlubiyyət riskini daşıyır.

“Forbes” jurnalının köşə yazarı Loren Tompson belə hesab edir.

O qeyd edir ki, ABŞ həmişə öz ərazilərindən çox uzaqda hərbi əməliyyatlar keçirir, buna görə də döyüş bölgəsinə qoşun, texnika və təchizatları köçürməyə məcbur olurlar, bu isə mürəkkəb məntiqi tapşırıq və Hərbi Dəniz Qüvvələrinin (HDQ) zəif yeridir.

Jurnalistin sözlərinə görə, hazırda HDQ 65 "ro-ro" (təkər bazasında malların və sərnişinlərin daşınması üçün gəmi) istifadə edir. Ancaq bu gəmilər çox köhnəlib, onların yalnız 40 faizi döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. ABŞ sözügedən gəmiləri “potensial müharibə zonaları”na yaxın yerləşdirməklə bu vəziyyəti həll etməyə çalışır.

HDQ müharibə vəziyyətində mülki gəmilərdən istifadə edə bilər, lakin bu, qoşunların təminatı ilə bağlı vəzifələri həll etməyəcək.

Tompsonun fikrincə, dəniz nəqliyyatının olmaması səbəbindən “dünyanın ən bacarıqlı quru qüvvələri” müharibəyə gec daxil ola və ya effektiv mübarizə qabiliyyətini itirə bilər.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR