VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 24 Ocak 2020 10:58:13

0 Şərh

Dəfə Oxundu.

Adam kişi olar!

Boş ol! Boş ol! Boş ol! 

Vaxtilə kişilər üç dəfə bu sözü deyib, yollarını arvadları ilə ayırırmışlar. 

Üç kəlmə ilə arvad boşayan kişilər uşaqlarına da, hələ yeri gələndə keçmiş arvadlarına da baxırmışlar. 

Ya birdəfəlik mehir verirmiş, ya da ona hər gün yemək bişirməyən, paltar yumayan, uzun sözün qısası, ona qadın olmayan, amma hələ də uşaqlarının anası olan qadından üz döndərmirmiş. 

Keçmişdən çox misal gətirirəm. Niyə? Çünki müasir dövrdə belə kişilərə az, çox az rast gəlinər. 

Artıq boşanmanı bütün ədəb-ərkanı ilə yola verən kişiyə rast gələndə, ona hansısa xüsusi bir statusun verilməsi təklifi ilə də çıxış etmək istəyirəm. 

Evlilik kimi, boşanma da ola bilər. Olmasa, yaxşıdır, ancaq, bu həyatdır. Yaşanacaq çox şey var, biri də boşanma...

Boşanmanı adi həyati hadisədən insanlıq dramına çevirməyi “bizimkilər” sevir. 

Bu gün “Bu qızı ta kim alacaq?” sualını verənlərə cavab yazmayacam. O qalsın gələn dəfəyə...

Bu gün uşağına aliment verməmək üçün rəsmi işə keçməyənlərədən danışacam. 

Hə, dedik axı, həyatdır. Elə oldu, boşandın... Boşanma hakimin, necə nəfər vəkilin, bir  o qədər də qohum-əqrəbanın şahidliyi ilə baş tutur. 

Bundan sonra yaşananlar isə əsl serial mövzusudur. 

Birincisi, 99 faiz uşağını tək böyüdən ana ilə rastlaşırıq.

Ataya gəldikdə, boşanmadan sonra atanın elədikləri və eləmədiklərindən çox şey demək olar. 

Amma mən daha çox rast gəldiyimiz halları sadalayacam. 

Məsələn, ata uşağı maddi cəhətdən təmin edir, uşağını saxlamaqdan boyun qaçırmır. Ancaq geyindirib, oxutduğu uşağına diqqət ayırmır. Uşaq atasızlığı hiss edərək böyüyür. Əyni-başı var, ağzının yeməyi də, ancaq, sağ atası ilə atasızdır....

Ya da boşanmadan sonra ata bir maaşının başına min oyun açır ki, uşağına aliment verməsin. 

Rəsmi işə keçmir. Düşünün, öz uşağına onun haqqı olan alimenti verməmək üçün rəsmi işə keçməyən “....lər” var aramızda.

Ya da keçmiş arvadını dünyanın ən pis sözləri ilə yad edən kişiyə kimsə xatırlatmalıdır ki, pisdir-yaxşıdır, ancaq, söydüyün o qadın dünənə qədər sənin həyat yoldaşın olub. Səninlə bir yola çıxıb, uşağın o qadının südü ilə böyüyüb. O qadın nə qədər də pis olsa, sənin keçmiş arvadındır. 

Belə görünür ki, vaxtilə kişilər üç kəlmələri ilə son verdikləri evliliklərinin məsuliyyətini daha çox daşıyırmışlar. 

Burada açar söz “kişi” dir. Yəni əsl kişi üçün elektron hökumətdə qeyd olunan əməkhaqqı göstərici deyil. Onun uşağına, keçmiş də olsa, ailəsinə olan münasibətidir. 

Kişi necə öz uşağına aliment verməmək üçün rəsmi işə keçməz, ya da gəlirini az göstərər, uşağının böyüməsi ilə maraqlanmaz?  

Razıyam, boşanmada bir tərəfi günahkar saymaq düzgün deyil. Ümumiyyətlə, günahkar axtarmaq yersizdir. 

Boşanmalarda qadınların əlindən vay deyib, başını tutan kişilər də az deyil. 

Ancaq keçmiş evliliyə etinasız münasibət göstərməklə bağlı statistikada kişilər birinciliyi əldən vermir.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR