VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Mart 2020 13:08:51

0 Şərh

Dəfə Oxundu.

“Akkord” koronavirusla mübarizəyə bir milyon manat ayırdı

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini tam dəstəkləyərək, bu istiqamətdə təşəbbüslərini davam etdirir.

ASC-dən verilən məlumata görə, Korporasiyanın Müşahidə Şurası dövlət başçısının koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı martın 19-da imzaladığı Fərmanla yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat məbləğində vəsait köçürüb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR