VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ekim 2019 11:50:38

0 Şərh

Dəfə Oxundu.

Ali Radanın deputatı: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Ali Radanın deputatı: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Ukrayna yenə qarışıq vaxtlarını yaşayır. Bir müddət əvvəl Kiyevin mərkəzində Şərq ölkələrində münaqişələrin həllinə həsr olunmuş “Ştaynmayer formulu”nun səbəb olduğu aksiya keçirilib. Mitinq iştirakçılarının nədən narazı olduğu məlum deyil, axı bu formul hələ keçmiş hakimiyyətin vaxtında qəbul edilib. 

Ukraynada nələrin baş verməsi ilə bağlı Media.Az-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, hüquq elmləri doktoru, professor Aleksandr Merejko danışıb:

- Yeni “maydan”ın yaxınlaşdığını hiss etmirsiniz?

- Düşünürəm ki, Ukraynanı yeni “maydan” (dırnaq işarələri bizə məxsusdur – red.) gözləmir. Bu köhnə, kifayət qədər korrupsiyalaşmış hökumətin tərəfdarlarının səfərbərliyidir. Onlar seçkilərdə uduzdular və Prezident Vladimir Zelenskinin apardığı və “Ştaynmayer formulu” ilə bağlı danışıqları bəhanə gətirərək, revanş əldə etməyə çalışırlar. 

Yeri gəlmişkən, eks-prezident Petro Poroşenko bu formulu təsdiqləyib. Əgər o, prezident olaraq qalsaydı, bu formul üzrə danışıqları davam etdirərdi. Buna görə də söhbət həll planından getmir. Və xüsusilə qeyd etmək lazımdır ki, etirazçıların sayı çox idi. Etirazlarda iştirak edənlərin çoxu “Ştanymayer formulu”ndan sadəcə xəbərsizdirlər. Söz düşmüşkən, hətta mütəxəssislər hələ də bu planın nüanslarını müzakirə edirlər. 

- Bir çox müşahidəçilər hesab edir ki, guya yeni hökumət qərarsızdır. Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyası, dövlət başçısı özü keçmiş komandanın korrupsiyalaşmış üzvlərinin təqibi üzrə cinayət işi ilə məşğul olmurlar. 

- Bizdə hökumətin səlahiyyət bölgüsü var. Əlbəttə, prezident bununla məşğul olmamalıdır. Azad məhkəmə hakimiyyəti, prokurorluq, Milli Antikorrupsiya Bürosu, Dövlət Təhqiqat Bürosu var. Ancaq görürəm ki, prokurorluq törədilmiş cinayətlərin araşdırılması ilə məşğuldurlar.

Sonra toplanmış materiallar xüsusi antikorrupsiya məhkəməsinə təqdim olunacaq. Bizim üçün əsas qanunun aliliyinə, hakimiyyət qollarının bölünməsi prinsipinə əməl olunmasıdır. Hər şey qanun çərçivəsində öz yolu ilə gedir. Prezident cəzalara, çıxarılmış qərarlara cavabdeh deyil. Onun Ukrayna Konstitusiyasının 106-cı maddəsi ilə müəyyənləşdirilmiş başqa funksiyaları da var. 

- Ukrayna xarici siyasət idarəsinin Azərbaycan və Gürcüstanın işğal olunmuş torpaqlarına səfərlərlə bağlı bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin reaksiyasına mövqeyini bilmək istərdik. Yerevanda Ukrayna XİN-in bu bəyanatı qəzəb doğurdu...

- Ukrayna cəmiyyətində dünya ölkələrinin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü məsələsində konsensus mövcuddur. Beynəlxalq hüquq prinsiplərinə riayət olunması Ukrayna üçün prioritetdir.

Dağlıq Qarabağ problemi isə beynəlxalq hüququn əsas prinsiplərinin Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunələrindən biridir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyəcəyik. Ermənistan törətdiyi cinayətlərə görə tam beynəlxalq hüquqi məsuliyyət daşımalıdır. Bu, hər hansı bir beynəlxalq hüquqşünas üçün aydındır.

- Gəlin, Ukraynadakı Azərbaycan diasporuna diqqət yetirək. O, kifayət qədər böyükdür. Sizin fikrinizcə, Azərbaycan diasporu nə dərəcədə fəaldır? 

- Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi həyatında böyük və müsbət rol oynayır. Bir vaxtlar Azərbaycan diasporunun nümayəndələrindən biri mənə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediklərindən sitat gətirdi:

“Azərbaycanlılar yaşadıqları ölkənin vətənpərvərləri olmalıdırlar”. Beləliklə, Ukraynada yaşayan azərbaycanlılar vətənpərvərdirlər. Mən buna dəfələrlə əmin olmuşam. Azərbaycanlılar həqiqi ukraynalılardır, yaşadıqları ölkəni, vətəni müdafiə edir. 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla yaxından tanışam və ünsiyyətdəyəm. O, Ukraynanın həqiqi vətənpərvəridir. Ukraynada yaşayan azərbaycanlılar da ölkəyə kömək edir. Mən buna çox əminəm.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR