BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Haziran 2019 12:35:46

0 Şərh

Dəfə Oxundu.

Almaniyalı deputat: Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır

Almaniyalı deputat: Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır

Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik.

UTVİNFO xəbər verir ki, bunu Almaniya Bundestqanın vitse-prezidenti Tomas Operman Bakıda keçirilən konfransda deyib.

O, Almaniya Federativ Respublikasının münaqişənin həlli üçün əlindən gələni etdiyini və müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazım olduğunu əlavə edib:

“Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək”.

Almaniyalı deputat xatırladıb ki, Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Almaniyanın Qafqazda maraqlı tərəfdaşının Azərbaycan olduğunu deyən deputatın sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR