BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Mayıs 2019 14:40:10

0 Şərh

Dəfə Oxundu.

Ancelina “Qaranlıqlar ifritəsi” oldu - VİDEO

Ancelina “Qaranlıqlar ifritəsi” oldu

Dünyanın ən məşhur studiyalarından biri olan “Walt Disney” “Malifisenta” nağılının davamının ilk treylerini yayımlayıb. Nağılın bu bölümündə də əsas rolu 43 yaşlı aktrisa Ancelina Coli ifa edib.

UTVİNFO xəbər verir ki, premyerası 17 oktyabra təsadüf edən nağılın davamı “Qaranlıqlar ifritəsi” adlanır.

Bu film Ancelinanın dörd ildən sonra böyük ekranlara qayıdışı kimi dəyərləndirlir. 

Colinin ən son çəkildiyi film 2015-ci ildə təqdim olunan “Cote d'Azur” ekran işidir. Bu filmdə Ancelina əsas qadın rolunu canlandırması ilə yanaşı, rejissor və ssenarist kimi öz istedadını bir daha ortalığa çıxarıb. 

“Malefisenta” nağılının davamı olan bölümdə cadugarın başına gələn hadisələrdən bəhs edilir. Cadugar birinci hissədən fərqli olaraq, ikinci hissədə obraz baxımından daha da qorxunc hal alıb. 

“Qaranlıqlar ifritəsi” filmində Ancelina Coli ilə yanaşı Mişel Fayfer, Ed Skreyn, Cuna Templ və El Fanninq çəkilib.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR