VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 16 Ekim 2019 07:20:02

0 Şərh

Dəfə Oxundu.

“Apple” ucuz “iPhone” buraxacaq

“Apple” ucuz “iPhone” buraxacaq

“Apple” şirkəti “iPhone SE 2”ni 2020-ci ilin əvvəlində buraxacaq.

“MacRumors”un məlumatına əsasən, bu barədə tanınmış analitik Min-Çi Ko bildirib.

Smartfon “iPhone 8”in korpusunda buraxılacaq, lakin xarakteristikalarına görə o, “iPhone 11”ə yaxın olacaq: A13 prosessoru, üç giqabayt operativ yaddaş ilə təchiz olunacaq. Telefonun “3D Touch” dəstəyi olmayacaq. O, qara, ağ və qırmızı olmaqla üç rəngdə hazırlanacaq.

Telefonun satışı 2020-ci ilin birinci yarısında başlayacaq. Onun dəyəri minimum 400 dollar təşkil edəcək ki, bu da “iPhone 8”in cari qiymətindən 50 dollar azdır.

Xatırladaq ki, orijinal “iPhone SE” 2015-ci ildə işıq üzü görmüşdü, lakin onun istehsalı Xs-in elanından sonra dayandırılmışdı. Smartfon hələ də şirkət tərəfindən dəstəklənir.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR