VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 02 Mart 2020 19:24:35

0 Şərh

Dəfə Oxundu.

Azad Rəhimov: “Aydın Süleymanlıya artıq iki şirkət sponsorluq etmək istəyir” - FOTO

“Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk onluğa düşməkdir. Moskvada keçirilmiş “Aeroflot Open” beynəlxalq şahmat turnirində sənin - 14 yaşlı şahmatçının qalibiyyəti hər birimizin sevincinə səbəb olmaqla bərabər, eyni zamanda, bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq”. 

 Bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov “Aeroflot Open” beynəlxalq şahmat turnirinin 14 yaşlı qalibi Aydın Süleymanlı ilə görüşündə deyib.

Nazir Aydının qələbəsindən sonra artıq iki şirkətin ona sponsorluq etmək arzusunda olduğunu da diqqətə çatdırıb və bundan sonra şahmatçının məşqləri və gələcək inkişafı üçün nazirlik və Şahmat Federasiyası tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib.

Görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, eyni zamanda, Aydın Süleymanlının atası və şəxsi məşqçisi də iştirak edib.

Diqqət və qəbul üçün nazirə təşəkkür edən Aydın Süleymanlı qalibiyyəti, oyunun gedişi, rəqibləri, gələcək planları və məşqləri haqqında danışıb. Aydın Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını bildirib, “Aeroflot Open” beynəlxalq şahmat turnirindəki qələbəsini bu yarışda da təkrarlamağa çalışacağını söyləyib.

Görüşün sonunda nazir Azad Rəhimov və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov tərəfindən Aydın Süleymanlıya hədiyyə təqdim olunub.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR