VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 16 Ekim 2019 10:16:34

0 Şərh

Dəfə Oxundu.

Azər Axşam (Şabanov) açıqlama verdi - FOTO - VİDEO.

Aparıcı Azər Axşam həyat yoldaşının Milli qəhraman Mübariz İbrahimovu təhqir etməsinə açıqlama verib.


Son günlər mətbuatda gündəmi zəbt edən məsələlərdən biri də, Səbinə Şabanova adlı facebook istifadəçisinin öz paylaşımında Milli qəhrəman Mübariz İbrahimov haqqında xoşagəlməz ifadələr işlətməsi olub.

UTVİNFO xəbər verir ki, Səbinə Şabanova tanınmış aparıcı Azər Axşamın həyat yoldaşıdır.  Həmin məlumata görə Səbinə Şabanova statusunda həyat yoldaşı Azər Axşamın ölkədə yeganə kişi olduğunu bildirib, sonra o yazdığı statusun rəy bölməsində Milli qəhrəman Mübariz İbrahimovla bağlı xoşagəlməz sözlər qeyd edib. Buna cavab olaraq izləyicilərdən biri onun mesaj bölməsinə yazaraq irad bildirib. Adıçəkilən xanım isə daha  da irəli gedərək  Milli Qəhramanı təhqir etməkdən belə çəkinməyib.

Məsələ ilə bağlı aparıcı Azər Axşamla əlaqə saxladıq.  Aparıcı açıqlama verərək bildirib ki, həmin profil onun həyat yoldaşına aid deyil:


“Yalandan mənim arvadımın adından səhifə açaraq  hansısa şərəfsiz,ailəsindən  xəbəri  olmayanlar bu cür təhqiredici və xoşagəlməyən paylaşımlar edirlər. Həmin səhifə mənim həyat yoldaşımın deyil.Yalandan onun fotosunu yerləşdiriblər. Bunu hanısa anası göyçək, hansısa mundar açıb. Bizim  hər birimizin  borcudur  Milli  qəhrəmanımızın  ruhununa  hörmət  edək. 

Bundan öncə də 83 yaşlı anamın adına da  yalandan "İnstagram" səhifəsi  açaraq, müğənnilərimizi təhqir  edib, xoşagəlməz sözlər yazmışdılar. Mən, artıq ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Özümə vəkil də tutmuşam. Bu şərəfsiz  kimdisə tez-gec üzə  çıxacaq. Mən,  bu  məsələni  belə  qoymayacam".

Qeyd edək ki, məsələyə daha ətraflı münasibət bildirməsi üçün müsahibə vermək təklifimizi Azər Axşam qəbul etmədi. O, cavabında bildirdi  ki, artıq hüquq mühafizə orqanlarına müraciət edib. Bununla bağlı mətbuata açıqlama vermək istəmədiyini bildirdi.

Xatırladaq ki, Youtub-da paylaşılmış video ilə bağlı aparıcı Azər Axşamın dostu, tələbəyoldaşı, "Qoroskop" qəzeti-nin Baş redaktoru Səbuhi Rəhimli əlaqə saxladıq. Səbuhi Rəhimli açıqlama verərək bildirdi ki, sosial şəbəklərdə paylaşılmış  video  həqiqəti  əks etdirmir.

Səbuhi Eltonlu / UTVİNFO.org 




 

 


 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR