VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Mart 2020 15:03:48

0 Şərh

Dəfə Oxundu.

Azəraqrartikinti” koronavirusla mübarizəyə 30 min manat ayırdı

“Azəraqrartikinti” ASC ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı.

Vəsaitin ayrılmasında məqsəd dünyanın əksər ölkələrini cənginə almış koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.

Açıqlamada bildirilir ki, COVİD-19-un yaratdığı iqtisadi çətinliklər səbəbindən “Azəraqrartikinti” ASC-yə daxil olan bütün iş yerlərində heç bir ixtisar aparılmayacaq və bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.

“Azəraqrartikinti” ASC bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR