BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 15 Mayıs 2019 13:15:20

0 Şərh

Dəfə Oxundu.

Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

Azərbaycan Rusiya lisenziyası üzrə 100 mindən çox “Kalaşnikov AK-74M” avtomatı istehsal edib. 

Bununla bağlı TASS agentliyinə Minskdə keçirilən “MILEX 2019” silah sərgisində iştirak edən Azərbaycan hərbi sənaye kompleksinin nümayəndəsi məlumat verib. 

“Hazırda Azərbaycan lisenziya üzrə 100 mindən çox “AK-74M” avtomatı istehsal edib”, - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “Kalaşnikov”ların istehsalı 2021-ci ilədək davam edəcək. 

“Ümumilikdə 120 min “AK-74M” silahının istehsalı nəzərdə tutulub”, - o bildirib. 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən “Xəzri” adı altında 5,45 millimetr kalibrli AK-74M avtomatı istehsal edir. “Xəzri” Azərbaycan ordusunun silahlanmasına daxildir. 

“MILEX 2019” sərgisi mayın 15-dən 18-dək Minskdə keçirilir. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR