VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ekim 2019 19:21:53

0 Şərh

Dəfə Oxundu.

Azərbaycan millisinin üzvü Nazarov Almaniya klubu ilə müqavilə imzaladı.

Almaniyanın "Ertsebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla müqavilənin müddətini uzadıb.

"UTVİNFO" klubun saytına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə bağlayıb.
 
Dima 2016-cı ildə “Karlsrue”dən “Aue”yə keçib. Milliləşdirilmiş futbolçu ilə yanaşı, Klemens Fendrixlə də yeni müqavilə bağlanıb
 
Klubun prezidenti Xelqe Leonxardt Nazarovun klubun gələcək strateji planlarının bir hissəsi olduğunu deyib: “Bu futbolçular ağılı, ruhu və keyfiyyəti ilə komandamıza uyğun gəlir. Onlar bunu gələcəkdə də sübut edəcəklər”.
 
Komandanın baş məşqçisi Dirk Şuster Fendrix və Nazarov haqqında fikirlərini bildirib: “Onlar futbolçu keyfiyyətləri və təcrübələri ilə komandamızın əsas dirəyini təşkil edirlər. Şadam ki, qarşıdakı müddətdə də birgə çalışacağıq”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR