VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 08 Mart 2020 01:59:45

0 Şərh

Dəfə Oxundu.

Azərbaycan taekvondoçuları Niderlandda yeddi medal qazanıblar

Niderlandın Eydhoven şəhərində taekvondo üzrə “Dutch Open” turniri keçirilib. 

Azərbaycan millisi G1 kateqoriyalı yarışda dörd qızıl, iki gümüş və bir bürünc medal qazanıb.

Sayca 47-ci dəfə təşkil olunan ənənəvi Niderland açıq çempionatında Qaşım Maqomedov (58 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (+87 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gələrək, qalib adına yiyələniblər. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) finalda məğlub olaraq, gümüş medal qazanıblar. Bəhruz Quluzadə (54 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq, üçüncü yerlə kifayətlənib.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə komandamız bir həftə sonra Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanacaq. Taekvondoçularımız martın 14-15-də burada keçiriləcək G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR