VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 25 Mart 2020 15:07:20

0 Şərh

Dəfə Oxundu.

AZƏRİŞIQ KORONAVİRUSLA BAĞLI TƏŞƏBBÜSƏ CAVAB OLARAQ İŞIQLARI KƏSİR - NARAZILIQ

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə Koronavirus təhlükəsi ilə bağlı karantin rejimi tətbiq olunub. Artıq 65- yaşdan yuxarı vətəndaşların evdən çıxmalarına qadağa qoyulub. Həmçinin ölkədə kafe, restoran və ictimai iaşə obyektlərinin də fəaliyyətlərində məhdudiyyətlər tətbiq edilib.

Dünyanın pandemiya infeksiyası ilə mübarizə apardığı bir dönəmdə, Azərbaycan hökuməti də lazımi qabaqlayıcı tədbirləri görməkdədir.  Ölkə Prezidentinin nümunəvi təşəbbüslərinə ayrı-ayrılıqda bütün şirkətlər və dövlət qurumları həvəslə qoşuldu və bu təşəbbüs hələ də davam edir. 

Lakin Azərişıq ASC-nin yerli təşkilatları qapı-qapı maşınla gəzərək xəbərdarlıq bildirişləri təqdim etməklə müəyyən etdikləri vaxta qədər enerji borclarının ödenilməsini tələb edirlər. Azərişığın bu möhtəşəm kompaniyasına Lerik rayonunda və bu gün Xəzər rayonunun Binə qəsəbəsində də ən-ənəvi qaydalarına uyğun olaraq start verilib. Sakinlərin bildirdiyinə görə hətta enerjinin dayandırılmasına cəhd də göstərilib. 

Hal bu ki, bütövlükdə ölkəmiz  Koronovirusla mübarizəyə qoşulub. Dövlətimiz əhalinin sağlamlığını düşündüyü bir vaxtda qabaqlayıcı zəruri olan tədbirləri həyata keçirməklə insanlara yardım etmək üçün proqramlar hazırlayır. Lakin Azərişıq ASC-ti isə bu soyuq havada borcu olan vətəndaşların enerjisini dayandırmaq məqsədilə işıqları  kəsir. 

İnanaq ki, Azərişıq ASC-nin rəhbərliyi Koronavirus pandemiyası sona çatana qədər ölkə Prezidentinin təşəbbüs göstərdiyi  karantin-mübarizə tədbirlərinə qoşulacaq və əhalini bu müddət ərzində incitməyəcək !

UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR