VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 17:26:19

0 Şərh

Dəfə Oxundu.

“Bakcell”in əməkdaşları ofisdə qoçuluq ediblər.

Bakıda “Bakcell” Müştəri Xidmətlərinin ofisində müştəri döyülüb.

UTVİNFO-nun məlumatın görə Bakıda “Bakcell” Müştəri Xidmətlərinin ofisində müştəri döyülməsi faktı qeydə  alınıb.Hadisə “Bakcell”in Nəsimi rayonu ərazisində yerləşən ofisində baş  verib.
 

1967-ci il təvəllüdlü Kamil Hüseynov rayonun Asif Məhərrəmov küçəsi 68 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətlərinin ofisinə müraciət edib. K.Hüseynov ofisdə həmin şirkətin əməkdaşları ilə mübahisə edib. Nəticədə o, “Bakcell”in əməkdaşları - Elçin və Tural adlı şəxslər tərəfindən döyülüb.

K.Hüseynov bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) şikayət edib.

Faktla bağlı Nəsimi RPİ əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

“Bakcell” şirkəti  açıqlama olaraq  bildirib ki,  şirkətin Müştəri Xidmətləri ofisində baş verən kiçik insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır: “Həmin araşdırmaların nəticələri əsasında insidentin iştirakçılarının əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR