BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 08 Mayıs 2019 13:00:23

0 Şərh

Dəfə Oxundu.

Bakı-Ankara qatarı açılır - QİYMƏTLƏR + FOTO

Bakı-Ankara qatarı açılır - QİYMƏTLƏR

Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyə Dəmiryollarının saytında yazılıb.

Məlumata görə, qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur. Amma bu müddətin azaldılmasına çalışılır.

Vaqonlardan asılı olaraq, qiymətlər 97-200 manat (350-800 türk lirəsi) aralığında olacaq. Bu məbləğ  təyyarə biletlərinin qiymətlərindən (850 lirə - 234 manat) aşağı, 280 lirə (təxminən 77 manat) olan avtobus bilet qiymətlərindən yüksəkdir.

Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.

Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.

Qatar avqustda fəaliyyətə başlayacaq.

Hələ ki bir həftə üçün bir reys nəzərdə tutulur. Gələn il növbəti qatarın da xəttə buraxılması ilə səfər sayı həftədə iki dəfəyə çatdırılacaq.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR