VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 17 Eylül 2019 16:44:51

0 Şərh

Dəfə Oxundu.

"Bakı Metropoliteni" konsert təşkil edəcək.

"Bakı Metropoliteni" sentyabrın 18-də stansiyalarda konsret təşkil edəcək.

UTVİNFO-nun məlumatına görə,  hər il olduğu kimi, bu il də "Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq,18 Sentyabr-Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
 

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Sentyabrın 12-də Bakı metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsilə əlaqədar olaraq budəfəki konsert proqramının keçirildiyi stansiyaları arasında “Xətai” də yer alacaq. 

Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Xətai” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- "Xətai” stansiyası – saat 14:00-15:30.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR