BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Haziran 2019 15:50:33

0 Şərh

Dəfə Oxundu.

Bakıda beş nəfər itkin düşüb - İkisi məktəblidir

Bakıda beş nəfər itkin düşüb - İkisi məktəblidir

Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. 

Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu Polis Bölməsinə müraciət ediblər. 

Hazırda yeniyetmələrin axtarışları davam edir.

Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkindüşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də, günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR