VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 09 Ekim 2019 19:23:42

0 Şərh

Dəfə Oxundu.

BAKIDA BÖYÜK ÖZBƏK ALİMİNİN 70 İLLİK YUBİLEYİ KEÇİRİLİB-FOTOLAR-VİDEO

BAKIDA BÖYÜK ÖZBƏK ALİMİNİN 70 İLLİK YUBİLEYİ KEÇİRİLİB.


UTVİNFO-nun məlumatına görə,Mətbuat Şurası və Kaspi qəzetinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan-Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsi, tərcüməçilik fəaliyyəti, türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətləri göstərmiş Babaxan Şərifin 70 illik yubileyi və “Özbək-Azərbaycan” lüğətinin təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar , media və mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev açıb. Sonra söz "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevaya verilib. Daha sonra Sona Vəliyeva "Kaspi" qəzetinin hədiyyəsini Babaxan Şərifə təqdim edərək yubiliyarı təbrik edib. Mətbuat Şurasının idarə heyətinin üzvü Ümid Rəhimoğlu da çıxışından sonra yubiliyara Mətbuat Şurasının hədiyyəsini təqdim edib. Millət vəkili Qənirə Paşayeva çıxışında yaxın günlərdə Özbəkistana olan səfərindən söz açıb. Tədbir iştirakçıları yubiliyara ən xoş arzularını ifadə etməklə yubiliyarı təbrik edib, hər biri hədiyyələrini təqdim ediblər. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (Daşkənd) rəhbəri Samir Abbas da çıxışından sonra yubliyara Mərkəzin diplomunu təqdim edib. Tədbirə qatılan digər şəxslər də çıxış edərək yubiliyarı təbrik edib, hədiyyələrini təqdim ediblər. Tədbir yubiliyarın çıxışı və ölkəsinin milli geyiminin Rəhimoğluna təqdim etməsi ilə başa çatıb. Ümid Tv Azərbaycan kanalının hazırladığı reportajı təqdim edirik.
 

Səbuhi Eltonlu İlqam Cəbiyev / Ümid Tv Bakı
 


 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR