VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Ekim 2019 04:10:28

0 Şərh

Dəfə Oxundu.

Bakıda dəhşətli qəza: Beş nəfər yaralandı, üçü azyaşlıdı

Bakıda dəhşətli qəza: Beş nəfər yaralandı, üçü azyaşlıdı

Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı beş nəfər xəsarət alıb.  

UTVİNFO xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki yaşlı Şəbiyeva Əsma Aydın qızı, dörd yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də, 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimova Şəhla Hacı qızı xəsarət alıb.  

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üç azyaşlıya qapalı kəllə-beyin travması, Ş.Əbdülkərimovaya döş qəfəsinin əziyi, Ü.Şəbizadəyə isə burunun əzilməsi diaqnozu qoyulub.  

Azyaşlılardan Ə.Şəbiyeva və H.Şəbiyevin vəziyyətinin ağır olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.  

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR