VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Haziran 2019 16:05:11

0 Şərh

Dəfə Oxundu.

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapıldı - YENİLƏNİB

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapıldı - YENİLƏNİB

İtkin düşmüş üç yaşlı Zəhra Bağırzadə ailəsinə təhvil verilib.

UTVİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş Z. Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılıb.

Qeyd edək ki, Zəhranın valideyni Rəsul Bağırzadə uşağın tapılmasında göstərdikləri xidmətə görə daxili işlər orqanlarının əməkdaşlarına təşəkkürünü bildirib. R.Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

Uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

14.15

İtkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb.

UTVİNFO xəbər verir ki, uşaq “Neftçilər” metrosu yaxınlığında aşkar edilib.

Onun səhhətində problem yoxdur. 

Qeyd edək ki, Z. Bağırzadə iki gün öncə Sabunçu qəsəbəsində yoxa çıxıb. 

14.00

Bakının Sabunçu qəsəbəsində itkin düşmüş 3 yaşlı Zəhra Bağırzadənin axtarışları davam edir.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Sabunçu rayon polis idarəsi bütün qüvvəni uşağın axtarışına cəlb edib.

Qeyd edək ki, valideynlər uşağın evdən necə çıxıb getdiyini görməyiblər. Baş verənlərlə əlaqədar “Facebook”da naməlum kişinin Zəhraya oxşayan uşağın əlindən tutub apardığını əks etdirən foto yayıldığından istifadəçilər uşağın oğurlandığını ehtimal ediblər.

Lakin polis bu məlumatı təkzib edib. Bildirilib ki, şəkildəki qız Zəhra deyil. Hüquq-mühafizə orqanları əməkdaşlarının dediyinə görə, morqların yoxlanılması mənfi nəticə verib.

Ehtimal olunur ki, uşaq sağdır. Ancaq problem ondadır ki, həmin ərazidə çox sayda açıq quyu var, uşaq isə laldır.

Hazırda polis ərazidə axtarış aparır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR