BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Temmuz 2019 11:55:04

0 Şərh

Dəfə Oxundu.

Bakıda silahlılar saxlanıldı: maşınlarından narkotik çıxdı - FOTO

Bakıda silahlılar saxlanıldı: maşınlarından narkotik çıxdı

Bakının Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, üzərində odlu silah-sursat saxlayan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Bakıxanov qəsəbəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Asim Hüseynovun üzərində şəxsi axtarış aparılan zaman 11,5 qram narkotik vasitə heroin, habelə idarə etdiyi “Daewoo” markalı avtomobildən bir ədəd “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron, həçminin bir ədəd bıçaq və bir ədəd taxta dəyənək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində aşkar edilən əşyaların ona məxsus olduğunu etiraf edib.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,900 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi “Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qram heroin, 29,450 qram metamfetamin, bir ədəd “Toz-16” markal ov tüfəngi və bir ədəd xəncər aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR