VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 08 Kasım 2019 14:26:15

0 Şərh

Dəfə Oxundu.

Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi

Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi

Şərti adı “B3” olan stansiyanın tikintisi, başa çatdırılır. 

UTVİNFO xəbər verir ki, bunu  “Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib. 

O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:

“Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”. 

Ə.Osmanovun sözlərinə görə, metronun “Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:

“Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.

Qeyd edək ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR