VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 20 Kasım 2019 13:30:54

0 Şərh

Dəfə Oxundu.

“Bakı”nın sabiq futbolçusu həbs olundu: Narkotik dövriyyəsinə rəhbərlik edirmiş

“Bakı”nın sabiq futbolçusu həbs olundu: Narkotik dövriyyəsinə rəhbərlik edirmiş

“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

UTVİNFO xəbər verir ki, İspaniyanın cənubunda yerləşən Malaqa, Qranada və Sevilya şəhərlərində aparılan polis reydlərindən sonra 20 nəfər tutulub. 

Polisin sözlərinə görə, onlardan təxminən bir ton xaşxaş və 700 min avro müsadirə edilib. Reyd zamanı tüfəng və əl silahları olmaqla müxtəlif silahlar, həmçinin, sənədləşmə işləri aşkar olunub. 

36 yaşlı keçmiş futbolçu da tutulanlar arasında olub. Bir mənbənin AFP-yə dediyinə görə, o, narkotik dövriyyəsini həyata keçirən təşkilata rəhbərlik edirmiş.

Bu əməliyyat isə “MasKoke” adı ilə həyata keçirilib. Səbəb isə ispaniyalı futbolçunun “Koke” ləqəbi ilə tanınmasıdır.

Qeyd edək ki, üç il əvvəl futbolçu karyerasını bitirmiş Koke 2012-ci ilin fevralından Hafiz Məmmədova məxsus “Bakı” klubunda çıxış etməyə başlayıb. Hücumçu olan futbolçu 15 matçda dörd qol vurub və “Xəzər Lənkəran”la qalmaqallı Azərbaycan Kubokunun final matçının iştirakçısı olub. Yayda futbolçu məhsuldarlığının azlığı səbəbindən komandadan ayrılıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR