VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Kasım 2019 01:27:26

0 Şərh

Dəfə Oxundu.

BELÇİKALILAR QONDARMA PREZİDENTLƏ GÖRÜŞÜR, BİZDƏ İSƏ TOY BAYRAMDIR !

BELÇİKALILAR QONDARMA PREZİDENTLƏ GÖRÜŞÜR, BİZDƏ İSƏ TOY BAYRAMDIR !

BLÇİKALILAR AZƏRBAYCANIN İCAZƏSİ OLMADAN QARABAĞ TORPAĞINDA QONDARMA PREZİDENTLƏ GÖRÜŞ KEÇİRİRLƏR. 

UTVİNFO xəbər verir ki, noyabrın 8-də  ermənilərin "Artsax" adlandırdıqları qondarma respublikasının qondarma prezidenti Bako Sahakyan Belçika federal və regional parlamentlərinin üzvlərindən, ictimai, siyasi və elmi-mədəni sahələrin nümayəndələrindən ibarət bir qrup Belçika Frankofoniya dairəsinin üzvləri ilə görüşüb.

Bu barədə erməni mətbuatına qondarma respublikanın informasiya departamenti məlumat verib. ( https://armenpress.am/arm/news/994660.html )

Təəssüflə qeyd etməliyik ki, dünyaya liderlik etmək iddiasında olan ölkələrin oyun oynadığı bir vaxtda erməni informasiya kəşfiyyatı özünün yalanları ilə bir çox ölkələrin rəsmi nümayəndələrinin diqqətini özlərinə cəlb edəbiliblər. Belə olmasaydı Belçikanın bəzi rəsmiləri Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpqlarını işğalda saxlayan, əvəzində dünyanın tanımadığı Qondarma respublikanın qondarma prezidenti ilə görüşüb hansısa məsələləri müzakirə etməzdilər. 

Bizdə olan real vəziyyət isə, müxalifətin kreslo davasından, telekanalların millətin başını qatan biabırçı şou proqramlarından, sosial şəbəkədə meydan sulamağa çalışan və çağqınlıq yaradan saytların qruplaşmasından, bəzi məmurların ciblərini doldurmaqla məşğul olmasından, ehtiyacı olan vətəndaşları dövlətin əleyhinə qaldırmağa çalışan qrupların fəallığının artmasından, ölkədə aparılan islahatlara kölgə salmağa çalışan bəzi məmur və müxalif yönlü şəxslərin təbliğat maşınının fəallaşmasından ibarətdir. 

Təəssüf ki, bu həqiqətdir !

UTVİNFO olaraq düşünürük ki, şəxsi ambissiyaları, şəxsi maraqları, şəxsi mənfəətləri bir kənara qoyub, ümümmilli dəyərlərimizə sadiq qalaraq birləşib, diqqətimizi və gücümüzü Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, ölkəmizin inkişafına, vətəndaşlarımızın rifahının yüksəlməyinə, vətənpərvərliyin təbliğinə yönəltməliyik.

Bir olaq, birliyimiz gücümüzdür !

UTVİNFO xəbər

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR