BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Haziran 2019 15:45:23

0 Şərh

Dəfə Oxundu.

Biləsuvarda mikroavtobus yandı

Biləsuvarda mikroavtobus yandı

Bakı-Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində mikroavtobus yanıb.

UTVİNFO xəbər verir ki, Cəlilabad rayon sakini Vüqar Orduyev sükanı arxasında olduğu mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən maşının mühərrik hissəsi qəfildən alovlanıb.

Alov tezliklə maşının qarşı tərəfini bürüyüb. Nəticədə, mikroavtobus yararsız hala düşüb. Sürücünün sözlərinə görə, avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub.Yanğının da məhz ustaların təmirdə buraxdıqları ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir.

Sürücü avtomobilin hansı səbəbdən yanması ilə bağlı müvafiq qurumların mütəxəssislərinə müraciət edib. Ekspertiza nəticələrindən sonra hadisəsinin dəqiq səbəbləri müəyyən olunacaq.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR