VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 03 Ağustos 2019 22:30:00

0 Şərh

Dəfə Oxundu.

Binə Südçülük Sovxozunda özbaşnalıq: Azərsu sakinlərə qan uddurur!

BİNƏ HÖVSAN SÜDÇÜLÜK SOVXOZUNDA yaşayan sakinlər Azərsuyun ASC-nin qanunsuz əməllərindən boğaza yığılıblar.

UTVİNFO xəbər verir ki, bu   ərazidə yaşayan  sakinlər  ÜMİD TV-yə  “bildirirlər ki, Azərsuyun  işçiləri evlərə  su xətləri  çəkmək  üçün  hər  bir ailədən  200-250 manat  istəyiblər”. Su  xətləri  çəkilməsinə  baxmayaraq  problem bununla da  bitmək  bilməyib.Əlavə  olaraq  sakinlərdən qanunsuz  olaraq  84  manatda  tələb ediblər.Sakinlər  ehtiras  edəndə  “bildiriblər  ki, çəkilən  xətlərə  sayğaclar  qurularaq, kod  qoyulmalıdır.Suya  həsrət  qalan  vətəndaşlar  Azərsuyun   əməkdaşlarının  bu  istəklərinə  də   razılıq  veriblər.Azərsuyun  əməkdaşları  sayğac  kodları üçün  yığılan  pulu   mənimsəyərək , kod vermədən suyun istifadəsinə icazə veriblər.Çox  keçməyib  ki, su  problemi  yenidən  özünü  göstərib. Əraziyə  Azərsuyun  əməkdaşları  sayılan   bir qrup  şəxs gələrək  “bildiriblər  ki,  çəkilən  su xətləri  qanunsuzdu”. Təcili  olaraq  çəkildiyi  kimi su xətləri  ərazidən  çıxarılıb, yenidən  qanuni  şəkildə  çəkilməlidir”.Sakinlər  icazə  üçün onlara verilən  lahiyəni göstərdikdə  isə  qeyd “ediblər  ki,  bizim  xəbərimiz  yoxdur”.Onu da  qeyd etmək  lazımdır   əgər  Azərsuyun  əməkdaşları  qanundan  danışırlarsa  o zaman  20-liklə çəkilmiş  su  boruları  qanuni  sayılır.Lakin, 50-liklə çəkilmiş  su boruları  qanunsuz  sayılır?.

Nəzərə  alaq  ki, vətəndaşarın  Ümid TV-yə  yolladıqları  şəkillərdən  aydın  olur ki, bildirilən şikayətlər əsaslılıq  təşkil  edir.
Yaranan vəziyyətdən belə qənaətə gəlmək olur ki, əraziyə   su xətlərinin  çəkilməsində   Azərsuyun  əməkdaşlarının  necə xəbəri  olmaz?.

Görünür  kasıb  təbəqədən  yığılan  pullar  ciblərə  axır. Məsələ  ilə  bağlı sakinlər dövlət  başçısından  kömək  istəyirlər.

Xatırlatmaq yerinə düşərdi ki, ölkə Prezidenti  dəfələrlə vətəndaşların  su təchizatı ilə təmin edilməsi barədə  Azərsu ASC-nə ciddi  tapşırıqlar verdiyinin və bununla bağlı pul vəsaitinin ayırdığının  şahidi  olmuşuq.  Lakin   buna baxmayaraq, Azərsu ASC-ti tərəfindən ölkə Prezidentinin  sərt xəbərdarlıqları hələ də  ciddiyə alınmır .Unutmayaq ki,hər bir  dövlət  məmurunun  qarşısında  duran  əsas  vəzifə  borcu  xalqa  xidmət  etməkdi.

Qarşı tərəf mövqeyini bildirə bilər.
UTVİNFO  olaraq mövzuya yenidən qayıdacayıq.

 

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Cebiyev Rahman Cebiyev Cebiyev rahmanutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR