VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Ekim 2019 10:00:12

0 Şərh

Dəfə Oxundu.

Binə Ticarət Mərkəzinin sökülməsinə-AÇIQLAMA.

Binə Ticarət Mərkəzinin bir hissəsi sökülür.

UTVİNFO-nun məlumatına görəson günlər Binə Ticarət Mərkəzinin yanğından sonra bir hissəsinin söküldüyü haqqında informasiya sosial şəbəkələrdə yer alıb.
 

Bununla  bağlı  Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov  açıqlama  verərək bildirib  ki, "Hazırda ticarət mərkəzində yanğın baş verən ərazidə təmir işləri aparılır.
 

Binə Ticarət Mərkəzinin heç bir hissəsi sökülmür, sadəcə olaraq, məlum hadisədən sonra həmin yanğına məruz qalmış ərazilər sökülür və təmir olunur. 

Çox güman ki, o yerlər bərpa olunacaq, həmin ziyan görmüş sahibkarlara veriləcək. Hazırda onların hamısına əlavə yerlər təklif etmişik. Kimin malı varsa, onlara mağazalar verilib və orda fəaliyyət göstərirlər. 

Kimlərin ki, malları yoxdur, o şəxslər üçün müdiriyyət də topdan satıcılara tapşırıb ki, ki, mallar ayrılsın. Təmirin bitməsinin vaxtını indidən demək çətindir. Hələ 4 gündür ki, təmir başlayıb”.
 

Qeyd edək ki, oktyabrın 8-i gecə saatlarında baş verən yanğında ticarət mərkəzinin təqribən 2500 m2 hissəsi yanıb.Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar, müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları və içərisində olan mallar yanıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR