BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Eylül 2019 17:10:01

0 Şərh

Dəfə Oxundu.

Boksçu Dadaşovun dul arvadı onun həyatının son dəqiqələrindən danışdı

Boksçu Dadaşovun dul arvadı onun həyatının son dəqiqələrindən danışdı

Rusiyalı boksçu Maksim Dadaşovun dul həyat yoldaşı Yelizavet Apuşkin idmançının həyatının son dəqiqələrindən danışıb. 

Qadının sözlərini Sports.ru saytı təqdim edir. 

Apuşkin həkimlərin ona idmançının sağ qalmaq şansı olmadığını söylədiklərini bildirib: 

“Məni onun palatasına gətirdilər. Ondan milyon ədəd boru çıxırdı, böyük cihazlar, sistem aparatları var idi”, -  deyə Dadaşovun yoldaşı təsvir edib. O, həyat yoldaşının başında əski ilə sarılmış deşik, yara izinin olduğunu da əlavə edib. 

Apuşkinin sözlərinə görə, o vaxt Dadaşov artıq beyin ölümü keçirmişdi. Buna baxmayaraq, o oğlu Danieli atası ilə sağollaşa bilməsi üçün palataya gətirib:

“Daniel otağa daxil olan kimi atasını silkələməyə başladı. “Ata, qalx”, dedi. Bu, çox qorxunc idi. Mən bunu ömrüm boyu xatırlayacağam”. 

Səkkiz saat sonra idmançının qan təzyiqi aşağı düşüb və həkimlər Apuşkinə onun tezliklə öləcəyini deyiblər. 

“Bir saniyədən sonra onlar hamısı defibrilatorlara tərəf qaçdılar ki, ona süni ürək massajı etsinlər. Mən şramdan onun beyninin necə axdığını gördüm”. 

Həkimlər 3-4 dəfə Dadaşovun ürəyini işlətməyə çalışsalar da, müvəffəq ola bilməyiblər. 

“Onun son nəfəsini gördüm. Mən həyatımın parçalandığını hiss edirdim”, - deyə Y.Apuşkin bildirib. 

Dadaşov iyulun 23-də vəfat edib. Onun ölüm səbəbi Porto-riqalı Sabriel Matias ilə döyüş zamanı aldığı travmalar olub. Rus idmançının vəziyyəti döyüş zamanı pisləşib. O, hələ rinqdə olarkən insult keçirib. Dadaşov xəstəxanaya iyulun 20-də gətirilib və ona orada trepanasiya edilib. İdmançı avqust ayının 4-də dəfn olunub.

Matiasla döyüşə qədər Dadaşov bir dəfə də olsa, məğlub olmayıb. Ardıcıl 13 qələbə qazanan idmançı bunlardan 11-ni nokautla tamamlayıb. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR