VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Ekim 2019 01:50:18

0 Şərh

Dəfə Oxundu.

Borc üstündə, ya səs-küyə görə? - Yasamalda bir nəfəri naməlum səbəbdən yaraladılar

Borc üstündə, ya səs-küyə görə? - Yasamalda bir nəfəri naməlum səbəbdən yaraladılar

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.  

UTVİNFO xəbər verir ki, rayon ərazisində 1987-ci il təvəllüdlü Axundzadə Şəhriyar Sakit oğlu bir neçə nəfərlə mübahisə edib.  

Nəticədə o, qarın və ürək nahiyəsindən 2 bıçaq xəsarəti alıb.  

Yaxınlıqda olan taksi sürücüsü onu xəstəxanaya çatdırıb. Qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib.  

İlkin məlumata görə, Ş.Axundzadə borc götürdüyü pulu qaytarmadığına görə, tərəflər arasında mübahisə yaranıb.  

Rayon üzrə Polis İdarəsindən verilən ilkin məlumata görə isə, Ş.Axundzadə yaşadığı məhəlləyə daxil olarkən bir neçə nəfərin yüksək səslə danışdığını görüb.  

Buna etiraz edərkən o, bıçaq xəsarətləri alıb. Hadisənin təfərrüatı araşdırılır.  

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR