BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Haziran 2019 13:30:16

0 Şərh

Dəfə Oxundu.

Bərdədə qadın həkimləri döyən şəxs saxlanıldı

Bərdədə qadın həkimləri döyən şəxs saxlanıldı

Bərdədə təcili yardım həkimlərini döyən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının iki qadın feldşeri təcili tibbi yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxs onların gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırıb.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb, hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bundan əvvəl yayılan məlumata əsasən, döyülən və xəsarət alan şəxslər Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimovdur.

Həkimlərin sözlərinə görə, naməlum şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib. Onlar xəstəni müayinə etməyə imkan tapmayıblar. Hadisə zamanı maşının yan şüşəsi qırılıb, sürücü isə qolundan xəsarət alıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR