BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Haziran 2019 10:55:30

0 Şərh

Dəfə Oxundu.

Bərdədə xəstə yaxınları təcili yardım həkimlərini döydü

Bərdədə xəstə yaxınları təcili yardım həkimlərini döydü

Bərdədə çağırışa gedən təcili yardım həkimləri döyülüb.

UTVİNFO xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaradəmirçi kəndində baş verib.

Belə ki, hadisə yerinə çatan kimi Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimovu döyüblər.

Həkimlərin sözlərinə görə, şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib. Onlar xəstəni müayinə etməyə imkan tapmayıblar. 

Hadisə zamanı maşının yan şüşəsi qırılıb, sürücü isə qolundan xəsarət alıb.

Hadisə ilə bağlı rayon Təcili Yardım Stansiyasının baş həkimi məlumatlandırılıb və polisə rəsmi müraciət edilib. Hazırda həkimə xəsarət yetirən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR