VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 17 Eylül 2019 17:35:16

0 Şərh

Dəfə Oxundu.

Bərdədə yeni məktəb binaları istifadəyə verilib.

Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib


UTVİNFO-nun məlumatına görə,  sentyabrın 16-da yeni dərs ilinin ilk günündə Bərdə rayonunun İmamqulubəyli, Nəcəfqulubəyli, Böyük Qacar və Təhlə kəndlərində müəllim və şagirdlər ikiqat bayram sevinci yaşayıblar. Həmin kəndlərdə yeni modul tipli məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilib.
 

Tədbiri  giriş  sözü  ilə  açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müəllim, şagird və valideynləri “Bilik günü” və məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri diqqətə  çatdırıb.
 

Tədbirdə  iştirak  edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya çıxış  edərək  ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü tədbirləri yüksək  qiymətləndirib.
 

Diqqətə çatdırılıb ki, bu gün Bərdə rayonunda dörd modul tipli məktəb binası istifadəyə verilir. İmamqulubəyli kənd ibtidai məktəbinin binası 20, Nəcəfqulubəyli kənd ibtidai məktəbinin binası 56, Böyük Qacar kənd ümumi orta məktəbinin binası 96, Təhlə kənd ümumi orta məktəbin binası isə 80 şagird yerlikdir. Məktəblər sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəblərdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
 

Tədbir  iştirakçıları  tədbirin  sonunda məktəbdə yaradılan şəraitlə tanış olaraq, göstərilən yüksək qayğıya  görə  dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
 

Şamxal Adıgözəlov.Hidayət Əhmədov Ümid TV/Bərdə

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR