BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 20 Ağustos 2019 23:55:49

0 Şərh

Dəfə Oxundu.

Bərdənin 9 kəndində suvarma sisteminin bərpası layihəsi başa çatıb.

Bərdənin 9 kəndində suvarma sisteminin bərpası layihəsi başa çatıb.

UTVINFO-nun Qarabağ bürosunun məlumatına görə, Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən “Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası” layihəsi başa çatıb.

 Bu münasibətlə Bərdə rayonunun Qaradəmirçi kəndində keçirilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib. 
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Əminliklə bildirib ki, layihə rayonda kənd kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfəsini verəcəkdir. 
Məlumat verilib ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı insan təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vacib olan təhsil, səhiyyə, yaşayış mühiti kimi sahələri prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini həyata keçirir. Proqram 2018-ci ilə qədər 141 ölkə və 1 bölgəni əhatə edib. Azərbaycan müstəqillik əldə etdiyindən indiyə kimi Yaponiya höküməti tərəfindən edilən İnkişafa Rəsmi Yardım, Ot kökləri Qrant yardımı, Texniki yardım və sair yardımların ümumi dəyəri 1,1 milyard ABŞ dollarını ötüb. 


Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası layihəsinin ümumi məbləği 82 min 719 ABŞ dollarıdır. Layihə Bərdə rayonunda “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca 11-cidir. Bu vaxta qədər Azərbaycanda ümumi dəyəri 20 milyon ABŞ dolları olan 248 layihə üzrə qrant müqaviləsi imzalanıb. 
Diqqətə çatdırılıb ki, yeni layihənin məqsədi Bərdənin 9 kəndində suvarma sistemini bərpa etməklə, kənd təsərrüfatının inkişafına töhfə verməkdir. Layihənin icrası nəticəsində rayonun 9 kəndində 329 ailəyə məxsus 453 hektar pay və həyətyanı torpaqların suvarma suyu ilə təminatı yaxşılaşacaqdır. 
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Sonra subartezian quyusu işə salınıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR