BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Haziran 2019 12:35:37

0 Şərh

Dəfə Oxundu.

Bu banklar və kredit təşkilatları cərimələnəcək

Bu banklar və kredit təşkilatları cərimələnəcək

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif olunur. 

UTVİNFO xəbər verir ki, Məcəllənin 471-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Maliyyə Bazarlarına Nəzarət Palatası) ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Məcəlləyə dəyişiklik parlamentin növbədənkənar sessiyasının ilk plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR