VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 09 Kasım 2019 11:00:58

0 Şərh

Dəfə Oxundu.

Bu gün Azərbaycan Dövlət Bayrağı Günüdür-VİDEO.

Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx hazırlandı.

UTVİNFO xəbər verir ki, bu gün Azərbaycan Dövlət Bayrağı Günüdür. Baku TV bununla bağlı “Adımız, Andımız, Qürurumuz” adlı videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycan tarixinin keçdiyi qanlı-qadalı, əzablı yollara işıq salınıb, istiqlalımız üçün verilən qurbanlara ehtiram ifadə olunub.
 

1918-ci ilin 28 Mayında doğan azadlıq günəşindən sonra həmin ilin noyabrın 9-da qəbul olunan, özündə türklüyün simvolu olan aydın səma kimi mavini, qan-qadalardan xali olmadan qazanılan çağdaşlığın qırmızısını, yüzillərlə coğrafiyamızda hökm sürən islami dəyərlərin geniş çöllər kimi yaşılını özündə birləşdirən 101 yaşlı Azərbaycan Bayrağının keçdiyi tarix videoçarxın əsas leytmotivini təşkil edib.
 

Qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Sabuhi Eltonlu Eltonlu Sabuhi Eltonlu Eltonlu sabuhiutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR