VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 27 Ekim 2019 11:30:28

0 Şərh

Dəfə Oxundu.

Bu qidalar ağciyər xərçəngi riskini azaldır

Bu qidalar ağciyər xərçəngi riskini azaldır

ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ABŞ, Avropa və Asiyadan 1,4 milyon insanın sağlamlıq məlumatlatını araşdırıblar.

Araşdırma iştirakçılarının qatıq (yoqurt) və lifli qidalar (avokado, qoz, itburnu, əncir, noxud, lobya, kokos, meyvə quruları) istehlakı ilə sağlıq vəziyyətləri arasındakı münasibət diqqət çəkib. Hər gün belə qidalardan istifadə edən şəxslərin heç istifadə etməyənlərlə müqayisədə ağciyər xərçənginə tutulma riskinin 33 faiz daha aşağı olduğu müəyyənləşib.

Qatıq və lifli qidalardan istifadənin ürək-damar, sinir sistemi xəstəliklərinə qarşı müdafiə xüsusiyyətli olduğu da daha öncəki araşdırmalarda aşkarlanmışdı.

Bu araşdırmanın nəticələri “JAMA Oncology” jurnalında yer alıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR