VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 22 Mart 2020 15:50:03

0 Şərh

Dəfə Oxundu.

Bu şirkətlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək oldular

“Dizayn İnşaat Qrup” MMC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat vəsait köçürüb.

******

Qab-qacaq məhsullarının satışı ilə məşğul olan “Karaca” mağazalar şəbəkəsi Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib.

Bildirilib ki, qurum COVID-19-la mübarizəyə dəstək məqsədilə fonda 5 000 manat məbləğində vəsait köçürüb.

******

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib. 

******

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Azertexnolayn” MMC tərəfindən də dəstək göstərilib. 

MMC-dən bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bir olaq, dəstək olaq” çağırışına qoşulan “Azertexnolayn” MMC koronavirusla mübarizə məqsədilə Fonda 200 min manat vəsait köçürüb

******

Ölkənin aparıcı istixanaları və tərəvəz ixracatçıları sırasında olan “Binə Agro” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 100 min manat məbləğində yardım köçürülməsinə qərar verib. 

******

Ölkənin aparıcı mühafizə şirkətləri sırasında olan “GESCO” ASC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 100 min manat məbləğində yardım edilməsinə qərar verib. 

******

“Xəzər” televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürəcək.  

Bununla bağlı qərar televiziyanın Baş direktoru Murad Dadaşovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.  

******

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Cənubi Qafqazın aparıcı xəmir mayası istehsalçısı olan “Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti 50 000 manat köçürüb.

******

“T.T.Ş.-İnşaat” MMC Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb.

Vəsaitin ayrılmasında əsas məqsəd koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması, pandemiyanın iqtisadiyyatın və biznesin bir çox sahələrinə vurduğu təsiri qismən də olsa, qarşılamağa dəstək olmaqdır.

******

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Baku City Residence” 50 min manat məbləğində dəstək göstərib. 

******

“Nar” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə edib.

Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.

Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Nar” Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR