VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Mart 2020 17:19:22

0 Şərh

Dəfə Oxundu.

Bu şirkətlər və banklar koronavirusla mübarizəyə dəstək verdilər

“NEQSOL Holding” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan şirkətlər tərəfindən ümumilikdə beş milyon manat məbləğində vəsaitin ayrılmasına dair qərar verib.

Buna əlavə olaraq, holdinqə daxil olan şirkət tərəfindən koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspres-testlər, eləcə də süni tənəffüs aparatları və binaların girişində quraşdırılma məqsədilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları sifariş edilib və Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilməklə aidiyyatı yerlərə təqdim edilməsi nəzərdə tutulub.

*****

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırıb.

*****

Azərbaycanın böyük kommersiya qurumlarından biri kimi Azərbaycan Beynəlxalq Bankı özü də korporativ sosial məsuliyyətindən irəli gələrək, dövlətin koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna iki milyon manat məbləğində vəsait ayırıb.

*****

Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə “Atəşgah” Sığorta Qrupu sosial həmrəylik nümayiş etdirib və virusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə tədbirlərə öz mənfəəti hesabına 100 000 AZN məbləğində maliyyə vəsaiti ayırıb.

*****

“Expressbank” tərəfindən 150 000 AZN məbləğində vəsaitin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsinə qərar verilib.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR