VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 09 Ekim 2019 09:35:26

0 Şərh

Dəfə Oxundu.

Bəy gəlinə nişan üzüyü almaq üçün bank soydu

Bəy gəlinə nişan üzüyü almaq üçün bank soydu

ABŞ-ın Texas ştatının Qrovton şəhərində bəy toy üzüyü almaq üçün toydan bir gün əvvəl bank qarət edib

Oktyabrın 4-də Hit Edvard Bampus “Citizens State Bank”a girərək nağd pul tələb edib. Bəy kassiri silahlı olması ilə bağlı xəbərdar edib. Onun sözlərinə görə, o, bankı ertəsi gün baş tutacaq toyu üçün qarət edib. O, nişan üzüyünə pulunun çatmadığını deyib.

Polisin məlumatına görə, silahlı soyğundan sonra Bampus paltarlarını avtomobilin pəncərəsindən atıb. Tezliklə polis cinayətkarın əşya və silahını tapıb.

Səlahiyyətlilər nəzarət kamerasından görüntüləri götürüb və şübhəli şəxsin görüntülərini rəsmi “Facebook” qrupunda yayımlayıblar. Görüntülərdən həyat yoldaşını tanıyan gəlin Bampusu təslim olmağa məcbur edib.

Polis işçisi bildirib ki, Bampus oğurlanan pulların çoxunu geri qaytarıb. O, məhkəmənin qərarına qədər nəzarətdə saxlanılacaq.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR