VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 05 Şubat 2020 14:17:00

0 Şərh

Dəfə Oxundu.

Çavuşoğlu Azərbaycana gəlir - TÜRKİYƏ

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələcək.

Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumatda deyilir ki, M.Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Şuranın iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan XİN rəhbərləri iştirak edəcəklər. 

Qeyd edilib ki, səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.

M.Çavuşoğlunun həmçinin, Bakıda digər görüşlər də keçirəcəyi planlaşdırılır. 

UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR