VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 25 Mart 2020 11:34:40

0 Şərh

Dəfə Oxundu.

Cəlilabadda tanışı 38 yaşlı kişini bıçaqladı-HADİSƏ

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən “məişət tullantıları poliqonu” adlanan ərazidə qeydə alınıb.

Belə ki, Göytəpə sakini 1977-ci il təvəllüdlü İbrahim Qafarov rayonun Bəcrəvan kənd sakini olan tanışı, 1982-ci il təvəllüdlü Polad Allahverdiyevlə sözügedən ərazidə görüşüb. 

Aralarında yaşanan mübahisə zəminində İ.Qafarov tanışı P.Allahverdiyevə bıçaq zərbəsi vurub. 

Yaralı P.Allahverdiyev qarının ön divarının kəsilmiş, nazik bağırsağın və köndələn çənbər bağırsağının zədələnməsi diaqnozu ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

İ.Qafarovun P.Allahverdiyevə bədən xəsarətləri yetirdiyinə dair əsaslı şübhələr olduğundan o, cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlayıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR