VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Kasım 2019 10:35:02

0 Şərh

Dəfə Oxundu.

Cüdoçu qızlarımız Afrikadan 5 medalla gəlirlər - FOTO

Cüdoçu qızlarımız Afrikadan 5 medalla gəlirlər

Kamerunda cüdo üzrə Afrika açıq kuboku yarışı təşkil edilib.

Gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.

UTVİNFO xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Digər cüdoçumuz, 52 kiloqram çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq ikinci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxtsedev (57 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Afrika açıq kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR