VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Ekim 2019 14:30:42

0 Şərh

Dəfə Oxundu.

Deputat qadınlara qarşı zorakılıqdan danışdı: Qanunvercilikdə olan cəzalar sərtləşdirilməlidir

Deputat qadınlara qarşı zorakılıqdan danışdı: Qanunvercilikdə olan cəzalar sərtləşdirilməlidir

Son zamanlar qadınlara qarşı cinayət faktlarının sayı artıb. Mütəmadi olaraq mətbuatda qadınlara qarşı edilən zorakılıq hadisələri ilə bağlı xəbərlərə rast gəlmək mümkündür. Bu məsələdə isə həmişə zərif cinsin nümayəndələri günahkar hesab edilir. Kişilərin isə hər zaman bir “arqumenti” olur: namus.

Statistika göstərir ki, ötən il ölkədə 1075 məişət zorakılığı cinayəti baş verib. Nəticədə də 915 qadın zərər çəkib.

Son bir həftə ərzində isə doqquz qadın müxtəlif səbəblərdən qətlə yetirilib. 

Bəs əsas günahkar kimdir? Qadına qarşı zorakılıqla necə mübarizə aparmaq lazımdır?

Oxu.az-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tahir Rzayev hesab edir ki, qanunvercilikdə olan cəzalar sərtləşməli, təcili çox ciddi tədbirlər görülməlidir:

“Qadına qarşı tənqid, zorakılıq nadanlıqdır. Qadını öldürmək və ona qəsd eləmək isə vəhşilikdir. Belə hallar yolverilməzdir. Əgər ailə, qadın və kişi arasında münaqişə varsa, bu sivil, qanunverciliyə uyğun yolla həll olunmalıdır.

Dünən Azərbaycanda qadına qarşı zorakılıqla bağlı dörd ciddi hadisə baş verib. Hadisələrdən ikisi ölümlə nəticələnib. Hətta hamilə qadın belə döyülüb. Biz bununla hara gedirik? Bununla bağlı qanunvercilikdə ciddi tələblər ortaya qoyulur, müəyyən tədbirlər keçirilir. Dəfələrlə Milli Məclisdə, xarici ölkələrin Qeyri-hökumət təşkilatları ilə görüşlərdə bu məsələ ilə bağlı müzakirələr keçirilir. Amma ən əsası isə insanların özləri bu halların yolverilməz olduğunu başa düşməlidir.  

Qadına onlarla bıçağı necə vurmaq olar? İnanın ki, o kişilərin dünyagörüşünü təsəvvür etmək çətindir. Əgər psixoloji problemi varsa, həkimə müraciət etməlidir.

Ümumiyyətlə, ictimaiyyət ayağa qalxıb bununla mübarizə aparmalı və bir çox məsələlərdə diqqətli olmalıdır. Çünki hadisələr qanunla həll olunmur. Əvvəllər ağsaqqal tövsiyyəsi var idi. İnsanlar münaqişə olanda onunla məsləhətləşirdi. Hətta ailənin böyükləri də bu işlərdə köməklik edirdi. Amma indi qaynana baldızla birləşib hamilə qadını döyərək ölümcül vəziyyətə salır. İnana bilmirəm ki, bunu hamilə qadına necə edə biliblər? Çox çətin vəziyyətlə qarşılaşırıq. Getdikcə də bu hallar azalmaq əvəzinə çoxalır. Hesab edirəm ki, qanunvercilikdə olan cəzalar kəskinləşməlidir. 

Uşaqların və cəmiyyətin gözü qarşısında vəhşicəsinə qadını qətlə yetirmək nə deməkdir? Bu, uşaqlara ciddi sarsıntılar yaradır. Uşaqlar gördüklərini heç vaxt yaddaşlarından silə bilməz. O uşaqlarda gələcəkdə belə qətillər törədə bilər”.

Deputat əlavə edib ki, Milli Məclisdə bu məsələ yenidən gündəliyə gətirilə bilər.

”Ailə, qadın  və uşaq məsələləri komitəsi olaraqda bu məsələ daima diqqətimizdə olub. Qeyd edim ki, hazırda qısqanclıq böyük problemlər yaradır. Kişi öz qadınına inanırsa, etibar edirsə, onu hər şeyə qısqanmamalıdır. Gün ərzində bizə gələn zənglərin çoxu səhv düşənlər olur. Qadınlarında telefonlarına gələn zənglərdə belə yanlışlıqlar ola bilər. Ona görə də kişinin xanımına hardansa zəng gəldiyi üçün qısqanclıq zəmində onu döyməsi insana aid xüsiyyət deyil. Həmçinin qadının kiməsə salam verməsi də qısqanclıq sayıla bilməz. Belə şeylər bizim indiki Azərbaycan cəmiyyətinə yad olan haldır. Çünki 21-ci əsrdəyik. İndi informasiya şəbəkəsi geniş yayılıb, insanlar maariflənir, cəmiyyət xeyli inkişaf edərək irəli gedir. Amma biz bu sahədə inkişaf etməkdənsə, geri gedirik. Qadına olan müsanibəti yaxşılaşdırmaq əvəzinə pisləşdiririk. Niyə? Axı qadın bizim anamız, bacımız, həyat yoldaşımızdır. Qadınla bu cür davranmaq düzgün deyil. Mən buna çox pis baxıram. Belə hallar eşidəndə ürək ağrısı keçirirəm”- deyə deputat qeyd edib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR