VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Şubat 2020 22:50:32

0 Şərh

Dəfə Oxundu.

Deputatlığa namizəd Sərraf Orucov məcburi köçkünlərlə görüşüb-VİDEO

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocəvənd seçki dairəsindən namizəd Sərraf Orucov növbəti görüşünü Nizami rayonunda yerləşən 3 nömrəli internat tipli məktəbin yataqxanasında məskunlaşan Xocalı, Şuşa, Ağdam və Xocəvənddən olan seçicilərlə keçirib.

Görüşdə həmçinin Sərraf Orucovun vəkilləri, QHT nümayəndələri, Qazilər, Əlillər və şəhid ailələri iştirak edib.  Görüş zamanı məcburi köçkünlərin mövcud problemləri geniş müzakirə olunub. Azərbaycan Dövlətinin, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində apardığı Dövlət siyasətinə dəstək vermək məqsədi ilə, “Qarabağa gedirəm, Qarabağda bizi gözləyən torpaqlarımızı azad etmək üçün gedirəm!” şüarı ilə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə qatılan Sərraf Orucovun çıxışı seçicilər tərəfindən alqışla qarşılanıb. Görüşdə söz alan Qazilər, QHT nümayəndələri və Şəhid anaları üzləşdikləri problemlərdən söz açıb, həmçinin Sərraf Orucovun keçdiyi həyat yolundan bəhs ediblər. Görüş iştirakçıları Sərraf Orucovu dəstəklədiklərini, seçki günü bir nəfər kimi ona səs verəcəklərini bildiriblər. Deputatlığa namizəd görüş iştirakçılarına verdikləri dəstəyə görə, əziyyət çəkib görüşə gəldiklərinə görə seçicilərə minnətdarlığını bildirib.

Sonda seçicilərlə xatirə fotoları çəkilib.

UTVİNFO xəbər

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR