VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 05 Şubat 2020 19:07:02

0 Şərh

Dəfə Oxundu.

Deputatlığa namizəd Sərraf Orucov növbəti seçki toplantısını keçirib-VİDEO

UTVİNFO xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocali-Xocəvənd Seçki Dairəsindən Azərbaycan Dövlətinin, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində apardığı Dövlət siyasətinə dəstək vermək məqsədi ilə, “Qarabağa gedirəm, Qarabağda bizi gözləyən torpaqlarımızı azad etmək üçün gedirəm!” şüarı ilə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə qatılan Sərraf Orucovun təbliğat-təşviqat kompaniyası uğurla davam edir.

Sərraf Orucovun növbəti görüşü Bakıda məskunlaşan, Şuşa-Ağdam-Xocalı-Xocəvənd rayonlarının müharibə veteranları, Qazilər, Ehtiyyatda olan zabitlər, şəhid ailləri, qaçqın və məcburi köçkün vətəndaşlarla keçirilib.
Deputatlığa namizəd Sərraf Orucov iclasa başlamazdan əvvəl iclas iştirakçılarından, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların və Əfqanstanda hərbi xidməti dövründə beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Daha sönra Sərraf Orucov çıxış edərək onunla görüşə gələnlərə bildirdi ki, “Qarabağa gedirəm, Qarabağda bizi gözləyən torpağlarımızı azad etmək üçün gedirəm!” şuarı ilə seçkilərə qatıldığı və Əfqanstan, Qarabağ müharibəsi iştirakçısı olduğu üçün artıq minlərlə, yüzlərlə Əfqanstan, Qarabağ, Silahlı Qüvələrinin veteranları, Qazilər, Ehtiyyatda olan zabitlər, şəhid ailləri, qaçqın və məcburi köçkün ailələri səsinə səs verərək ona dəstək olurlar.

Sonda toplantı iştirakçılarından Sərraf Orucovun vəkili, "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, Sərraf Orucovun vəkili, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrir müavini Əbülfət Hüseyinov, Azərbaycan Cernobıl Cəmiyyəti İctimai Birliyinin sədr müavini Eldar Sultanov, “Respublika Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov, Azərbaycan Cernobıl Cəmiyyəti İctimai Birliyinin sədr müavini Eldar Sultanov və başqa Qarabağ müharibəsinin qaziləri, veteranları, şairə xanımlardan Nəcibə İlkin, Könül Həsənzadə və başqaları çxış edərək Sərraf Orucovun Azərbaycan dövləti və xalqı üçün göstərdiyi danılmaz xidmətləri haqqında müsbət fikirlər söyləyərək ona bu Parlament seçkiləridə yaxından köməklik göstərəcəklərini bildirdilər.

Ümid Tv Azərbaycan kanalının xəbərlər proqramında yayımlanmış video reportajı təqdim edirik. 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR