BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 08 Mayıs 2019 10:35:02

0 Şərh

Dəfə Oxundu.

Dəhşətli partlayışda valideynləri ölən uşaqlar nənələrinə veriləcək - YENİLƏNİB

Dəhşətli partlayışda valideynləri ölən uşaqlar nənələrinə veriləcək - YENİLƏNİB

Kürdəmirdə yaşayış evindəki partlayışdan sonra ata-anasını itirən körpələr Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə açıqlamasında birliyin sədri Kəmalə Ağazadə məlumat verib. 

Bildirib ki, körpələr nənə və əmilərinin müşayiəti ilə sığınacağa aparılıb.

“Qohumları ilə birlikdə dörd yaşlı Günay Əsədova və iki yaşlı Bünyəd Əsədovu sığınacağa gətirmişik. Bu, müvəqqətidir. Çünki ailə başçısı Anar Əsədov və Qəndab Hüseynova dünyasını dəyişib. Yaxınları hazırda yasdadırlar. Digər uşaq - səkkiz yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. Rayonun İcra Hakimiyyəti ilə danışmışıq, nənəyə qəyyumluq veriləcək”.

Kəmalə Ağazadə qeyd edib ki, sosial şəbəkələrdə yaxınlarının uşaqlarından imtina etməsi ilə bağlı yayılan xəbərlər düzgün deyil:

“Heç kim onlardan imtina etmir. Sadəcə, bir müddət sığınacaqda qalacaqlar”.

7 may, 22:05

Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

Qafqazinfo xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı  34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib. 

Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. 

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR