VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Ekim 2019 10:20:35

0 Şərh

Dəfə Oxundu.

DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...

DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...

Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.

UTVİNFO-nun məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş “BMW 320” maşınının start qiyməti 8000 manat olacaq.

2008-ci il buraxılışlı “QAZ-31105”in ilkin 2000 manata təklif ediləcək.

Həmçinin, 2008-ci il istehsalı olan “Mercedes Benz E500” 10000 manata, 2007-ci il buraxılışlı “FIAT Doblo” isə 3500 manata (hər ikisinin start qiymətidir) təklif olunacaq.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR