BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Temmuz 2019 08:00:30

0 Şərh

Dəfə Oxundu.

Dəniz iblisi dalğıcdan kömək istəyib

Dəniz iblisi dalğıcdan kömək istəyib

Avstraliyanın şimal-qərb sahillərində dəniz iblisi (skat növü – red.) bir qrup dalğıca yaxınlaşaraq, gözünün yaxınlığındakı qarmağı çıxarmağı “xahiş edib”.

Bu barədə “The Sun” yazır.

Dalğıclardan biri sualtı fotoqraf Cek Vilton olub. Onun sözlərinə əsasən, məhz həmin skatı, o, dəfələrlə Ninqalu rifi yaxınlığında görüb.

“Dalğıcları tez-tez həmin əraziyə aparıram və mənə elə gəldi ki, o, məni tanıdığı üçün yaxınlaşdı”, - deyə fotoqraf bildirib.

Yerli adamların Çilli adı verdiyi dəniz iblisi dalğıca tərəf üzərək, balıqçı qarmağı keçmiş gözünü ona yaxınlaşdırıb. Fotoqraf qarmağı çıxarmaq üçün bir neçə dəfə cəhd etməli olub, bu müddətdə isə skat yerindən tərpənməyib.

Bildirilir ki, dalğıclar olmasaydı, Çilli kor ola və hətta ölə bilərdi.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR