VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Mart 2020 21:58:31

0 Şərh

Dəfə Oxundu.

Elnur Allahverdiyev: “Gəlin, bu işi biz üzərimizə götürək” - FOTO

“Dostlar! Tək bizim deyil, bütün dünyanın sınaq qarşısında olduğu günlərdə ilk işimiz ehtiyacı olanlara imkan çərçivəsində kömək etmək olmalıdır. İçimizdə yaşlılarımız, fiziki imkanları məhdud olanlarımız, xəstələrimiz varsa, çalışaq onlara əl tutaq”. 

Bu sözləri millət vəkili Elnur Allahverdiyev “Facebook” hesabında yazıb. 

“Qarşıdan Novruz bayramı gəlir. Onlardan bəziləri bayram bazarlığı üçün dükana-bazara çıxmaqdan ehtiyat edə bilərlər. Gəlin, bu işi biz üzərimizə götürək. Qonşularımıza, küçə və məhəlləmizə nəzər yetirək. Ölkəmizin COVİD-19 virusuna qarşı səfərbər olduğu vaxtda, bizim də bu mübarizəyə öz vətəndaşlıq borcumuzu yerinə yetirməklə qatqımız olsun”, - deyə deputat əlavə edib.  

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR